Naxçıvan şahmatçısı beynəlxalq turnirdə uğur qazanıb

17-23 avqust 2026-cı il tarixlərində Türkiyənin Kapadokya şəhərində keçirilən II beynəlxalq Kapadokya açıq şahmat turniri təmsilçimiz üçün uğurla başa çatıb. Yarışda 24 ölkədən ümumilikdə 924 idmançı mübarizə aparmışdır. Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, ustalığa namizəd dərəcəli Mirsaleh Seyidli turnirdə yüksək bacarıq göstərərək “B” qrupunun qalibi olmuşdur.

İdmançımıza gələcək yarışlarda yeni uğurlar arzulayırıq!